BURADA REKLAMINIZ OLA
BİLƏR

Vladimir Putin İlham Əliyevə zəng etdi - YENİLƏNDİ

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

 

Pravda.az xəbər verir ki, telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr, həmçinin bu il 31 oktyabr tarixli razılaşmalarının reallaşdırılmasının bəzi praktiki aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistik əlaqələrin bərpası planları müzakirə edilib.

 

Dövlət başçıları gələcək təmaslar barədə də fikir mübadiləsi aparıblar.

 

***

14:05

 

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Bakı, İrəvan və Moskva arasında üçtərəfli bəyanatın icrasını müzakirə edib.

 

Pravda.az bu barədə TASS-a istinadən xəbər verib.

 

Liderlər gələcək təmaslar barədə razılıq əldə edib.

 

Xəyal

Tarix: 12 Dekabr 2022, 14:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin