BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatdan Bəxtiyar Paşanın təyinatı ilə bağlı açıqlama: “Hər kəs nəticə çıxaracaq”

“Bəxtiyar Ersay Azərbaycanı tanıyan, Azərbaycan Ordusunun nəyə qadir olduğunu bilən və Azərbaycan Ordusunun Türkiyə standartlarına uyğun yaradılmasında iştirak edən bir generaldır. Keçirilən hərbi təlimlərdə Bəxtiyar Paşanın çox mühüm rolu olub. O, verdiyi şərhlərdə, təlimlərdə iştirakında bir daha sübuta yetirib ki, Azərbaycan və Türkiyə arasındakı münasibət təkcə ümumi maraqlardan deyil, həm də birmənalı şəkildə dostluqdan, qardaşlıqdan doğur, təzahür edir. Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırılması, milli kadlarımızın yetişdirilməsi, dağda, suda, havada Azərbaycan Ordusunun puxtələşməsi, müharibəni apara bilməsi, döyüş qabiliyyətinin artması istiqamətində Bəxtiyar Paşanın rolu həddindən artıq çoxdur. Düşünürəm, bundan sonrada öz fəaliyyətini bu istiqamətdə davam etdirəcək…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

 

Deputat bildirib ki, Bəxtiyar Paşanın təyinatı alqışlanmalıdır: “Bəxtiyar Ersay kimi bir peşəkarın müdafiə nazirinin müşaviri təyin edilməsi təqdirəlayiq haldır. Ali Baş Komandan İlham Əliyevin bu qərarı alqışla qarşılanmalıdır. Cənab Prezidentin də şəxsən tanıdığı bir generalın məhz müşavir təyin olunması mühüm addımdır. Bu, vacib təyinatdır, Müdafiə Nazirliyi sistemində də yalnız alqışlarla qarşılanmalıdır”.

 

A.Nağıyev Bəxtiyar Ersayın təyinatının Rusiya və İrana Azərbaycanın tək olmadığı barədə mesaj kimi qiymətləndirilməsinə isə belə cavab verib: “Düşünürəm, bu, kimə mesajdırsa, hər kəs özü üçün bir nəticə çıxaracaq. Təbii ki, dost buna sevinər, düşmən də heyfislənər. Lakin biz dostun dost, düşmənin düşmən yerini bilərəkdən bu addımları atırıq. Bu gün nə Rusiya, nə də İranla bağlı hər hansı ərazi iddiamız yoxdur, yaxud onların ordusu ilə bağlı hansısa problem yaşamırıq. Biz hər bir ordunun qarşısına çıxa biləcək, dünyada tanınan, ilk əllilikdə olan ordulardan biriyik. Mütəmadi olaraq irəliləyirik. Yeni texnika, texniki vəsaitlər, müasir texnologiyalara uyğun hərbi avadanlıqlar alıb, onları işlədə biləcək, onlarla davrana biləcək milli kadr potensialımızı gücləndiririk…”

 

Aytəkin Qardaşova

Tarix: 12 Dekabr 2022, 15:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin