BURADA REKLAMINIZ OLA
BİLƏR

Sülhməramlılar aksiyanın keçirildiyi əraziyə modul tipli yataqxanalar gətirdi

Azərbaycandakı müvəqqəti Rusiya sülhməramlıları Şuşa-Xankəndi yolunda - azərbaycanlı aktivist və QHT nümayəndələrinin etiraz aksiyası keçirdiyi ərazidə modul tipli yataqxanalar quraşdırmaq niyyətindədir.

 

Yataqxanalar “Kamaz” markalı yük maşını ilə əraziyə gətirilib.

 

Modul tipli yataqxanaların yük maşınından götürülərək yerə qoyulması üçün qaldırıcı kran da gətirilib.

 

Ehtimal edilir ki, sülhməramlılar aksiyaların gecəyə qədər davam edəcəyi qənaətinə gəliblər.

 

Modul tipli yataqxanalar şəxsi heyəti qida və istirahətlə təmin etmək üçündür./Report

Tarix: 12 Dekabr 2022, 15:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin