BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN-in əməkdaşı yol qəzası törətdi, 2 nəfər öldü - MƏHKƏMƏ

Şəki Ağır Cinayətlər Məhkəməsində Ağdaşda yol qəzasında 2 nəfərin ölümündə təqsirləndirilən Elvin Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Elvin Quliyevin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

 

İttihama görə, 1989-cu il təvəllüdlü Elvin Quliyev Fövqəladə Hallar Nazirliyinin Tovuz rayon yanğından mühafizə bölməsinin yanğınsöndürəni vəzifəsində çalışır.

 

O, 2 fevral 2021-ci il tarixdə saat 14:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ağdaş rayonu ərazisindən keçən 268-ci kilometrliyində idarə etdiyi “Renault” markalı avtomobillə “Lukoil” yanacaqdoldurma məntəqəsindən “Daf” markalı avtomobilə yol vermədən baş yola daxil olub. Bu zaman Elvin Quliyevin idarə etdiyi avtomobilin arxa hissəsi “Daf”ın qarşı hissəsilə toqquşub. Nəticədə “Renault” markalı avtomobildəki sərnişinlər - Elnur və Ceyhun Hümmətov adlı şəxslər vəfat edib.

 

Kamal Məmmədov

Tarix: 12 Dekabr 2022, 15:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin