BURADA REKLAMINIZ OLA
BİLƏR

Nizaməddin Şəmsizadə haqqında yayılan ölüm xəbərlərindən danışdı: “Çox böyük alçaqlıqdır...”

Əməkdar elm xadimi, professor Nizaməddin Şəmsizadə vəfat etməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

 

Alim Pravda.az-a açıqlamasında deyib ki, haqqında belə xəbərlərin niyə yayıldığını bilmir.

 

“Vallah, konkret olaraq bilmirəm ki, düşmənim kimdir. Onlar qorxaqdırlar. Həmişə tənqidçi olaraq demişəm ki, məni tənqid etsinlər, mən də qayıdıb onları məhv edim. Tülkü xislətli adamlardır. Azərbaycanımızın bir mənfi cəhəti var ki, bir ziyalı xalq arasında hörmət qazananda müxtəlif variantlarla, böhtanlarla, belə qara xəbərlərlə onu məhv etməyə, psixoloji təsir göstərməyə çalışırlar. Heç vecimə də deyil. İki-üç dəfə ölümdən dönmüşəm. Mənim Allahım var. Bir ayağım amputasiya olunub, şikəst adamam, arabada yaşayıram. Bu cür qarayaxma aparmaq, böhtan xəbər yaymaq çox böyük alçaqlıqdır...”, - N.Şəmsizadə bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 12 Dekabr 2022, 17:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin