BURADA REKLAMINIZ OLA
BİLƏR

Laçın yolunda aksiya keçirən eko-fəallar gecəyə hazırlaşır, əraziyə işıq çəkilir, yolda Azərbaycan bayrağı qaldırıldı

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz edən QHT fəalları gecə aksiyasına hazırlaşır.

 

Pravda.az xəbər verir ki, aksiyanın keçirildiyi Laçın yolunun üstünə işıq çəkilir.

 

Bundan başqa, yolun üstündə Azərbaycan bayrağı asılıb.

 

Qeyd edək ki, aksiya iştirakçıları Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun görüşə gəlməsini tələb edirlər. General Volkov isə səhər saatlarından səsləndirilən bu tələbə məhəl qoymayaraq, aksiya yerinə gəlmir.

 

APA

Tarix: 12 Dekabr 2022, 17:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin