BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda iranlı narkotacir yenidən məhkəmə qarşısında

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən Reza Dolatabadinin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Səbinə Məmmədzadənin icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Bu ilin martında paytaxtın Nizami rayonunda əməliyyat zamanı əvvəllər də narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Reza Dolatabadi tutularaq istintaqa təqdim edilib.

 

Onun üzərinə baxış zamanı külli miqdarda - 13 qram narkotik vasitə tiryək və 10 qram psixotrop maddə metamfetamin aşkarlanıb. Həmçinin saxlanılan şəxsin mənzilindən metamfetamin qəbul etrmək üçün nəzərdə tutulan kustar üsulla hazırlanan avadanlıqlar da aşkar olunub.

 

Araşdırma nəticəsində müəyyən edilib ki, Reza Dolatabadi narkotik vasitələrin paytaxt ərazisində satışı ilə məşğul olub.

 

Faktla bağlı saxlanılan şəxs barəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Xatırlatma: Reza Dolatabadi 6 il Azərbaycanda təhsil alıb. O, Azərbaycan Tibb Universitetində təhsil alsa da, təhsilini başa çatdıra bilməyib. Bundan sonra isə Bakıda yaşamağa davam edib. Reza Dolatabadi bir neçə il bundan əvvəl narkotikə görə həbs edilib və daha sonra azadlığa buraxılıb.

 

Kamal Məmmədov

Tarix: 13 Dekabr 2022, 09:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin