BURADA REKLAMINIZ OLA
BİLƏR

AA seriyalı nömrələri kimlər ala bilər? - AÇIQLAMA

Əvvəllər AA seriyalı nömrə nişanı olan avtomobilləri görəndə  ağlımıza ilk dövlət məmurları, xüsusən deputatlar gəlirdi. Lakin son zamanlar vəzifəli şəxsə aid olmayan avtomobillərdə də belə seriyalara rast gəlinir. Nədənsə, AA seriyalı avtomobilləri idarə edən sürücülər bunu prestij sayırlar. Bəs sadə vətəndaşlar belə seriyalı nömrəni necə ala bilərlər?

 

Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov Pravda.az-a açıqlamasında deyib ki, AA seriyalı avtomobillər təkcə dövlət qurumlarına aid deyil, həm də özəl sektora məxsusdur.

“AA seriyalı nömrələr dövlət qurumlarındakı avtomobillərə, eyni zamanda hüquqi şəxs olan biznes şirkətləri, özəl şirkətlərə verilir. AA, AB, yaxud AC seriyalı nömrələrin heç biri fiziki şəxslərə verilə bilməz, verilmir də…”, - ekspert vurğulayıb.

 

Aytəkin Qardaşova

Tarix: 13 Dekabr 2022, 12:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin