BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş məhkum qardaşının nişanında gəlinin əmisi oğlunun bıçaqladı - MƏHKƏMƏ

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Akşin Alıyevin (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 03 iyul 2022-ci il tаrixdə saat 17 radələrində Yevlax şəhəri, Q.Quliyev küçəsində yerləşən “Sənəm” şadlıq sarayında qeydə alınıb.

 

Belə ki, həmin sarayda 1988-ci il təvəllüdlü Akşin Alıyevin qardaşı nişanqoyma məclisi keçirilib. Məclisdə iştirak edən əvvəllər tanımadığı, qardaşının nişanlısının əmisi oğlu Valeh Ağayev (şərti) şəkil çəkdirmək üçün gəlinin yanına əyləşib. Bu zaman sərxoş vəziyyətdə olan Akşin ona yaxınlaşaraq, nə üçün onun qardaşının nişanlısının yanında oturmasını zərərçəkmiş şəxsə irad tutub.

 

Daha sonra Akşin Alıyev Valeh Ağayevə qarşı nalayiq söyüşlər söyüb. Onların aralarında mübahisə yaranıb. Akşinlə Valeh mübahisəni davam etdirmək üçün şadlıq sarayının aşağı mərtəbəsinə düşüblər. Söhbət zamanı o, bıçaqla Valehin kürək nahiyəsinə bir dəfə zərbə vuraraq zərərçəkmişə xəsarət yetirib.

 

Akşin Alıyevin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) və 221.3-cü (Xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

 

Xatırlatma: Akşin Alıyev daha əvvəl qəsdən adam öldürməyə cəhddə ittiham olunaraq, məhkumluq həyatı yaşayıb. O, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respubikası Məhkəməsinin 2009-cu il tarixli hökmü ilə 11 il 03 ay müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsinin 2010-cu il tarixli qərarı ilə onun cəzası 8 il 5 ay 7 günə endirilib.

 

Kamal Məmmədov

Tarix: 13 Dekabr 2022, 14:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin