BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qərb güllə atılmadan Laçında Azərbaycan məntəqəsinin qurulmasına ikiəlli razı olacaq”

“Azərbaycan Ermənistanla sülh müqaviləsinin uzandığını anladı və beynəlxalq təzyiq qarşısında Qarabağın erməni əhalisi ilə dialoqa hazırlaşır. Lakin Qarabağda arayiklər və əli silahlı Ermənistan ordusu yerində ikən bu dialoq mümkün deyil. İndiki məqsəd qondarma qurumu dağıtmaq və silahlı erməniləri Qarabağdan qovmaq üçün Laçında nəzarət-buraxılış məntəqəsi qurmaqdır. İndiki ekoloji aksiya formatı bu məqsədə çatmaq üçün, məncə, uyğun formatdır”.

 

Pravda.az xəbər verir ki, bunu tanınmış həkim Vasif İsmayıl deyib.

 

V.İsmayıl “Qondarma qurum indiki vəziyyətdən necə qurtula bilər?” sualını belə şərh edib: “Şuşadan yan keçməklə Qaybalı kəndindən Laçına yol çəkə bilərdilər.Doğrudur, bu yolu da bağlaya bilərik, ancaq bunun üçün mülki vətəndaşları deyil, ordu birliklərini istifadə etməliyik. Bu da yaxşı fikir deyil. Deməli, ermənilər isə Qaybalıdan yol çəkə bilməyəcəklər. Çünki indiki aksiya Azərbaycan, Ermənistan, Rusiya və Qərb dairələrinə sərf edir. Azərbaycana niyə sərf etdiyi məlumdur. Ermənistan Qarabağdan qurtulmaq istəyir. Ona görə də Qaybalı yolunun çəkilməsinə qəpik də verməyəcək. Rusiyanın qarşısındakı tələb xoşuna gəlməsə də, sifətini qorumaq üçün yeganə ağlabatan yol budur. Qərb isə güllə atılmadan Laçında Azərbaycan məntəqəsinin qurulmasına ikiəlli razı olacaq. Məncə, indiki aksiya tərəflərin hamısı ilə ümumi çalarlarında razılaşdırılıb. Sadəcə Azərbaycan tərəfi ekoloji aksiya formatında davranmaqla hamıya sürpriz edib”.

 

Kənan

Tarix: 13 Dekabr 2022, 17:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin