BURADA REKLAMINIZ OLA
BİLƏR

Tovuzda borc pul üstündə həmkəndlisini öldürən şəxsə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tural Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Bu il mayın 5-də Tovuzun Əyyublu kənd sakini Bəxtiyar Əkbərovun öldürülməsi barədə quruma məlumat daxil olub.

 

Araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1988-ci il təvəllüdlü Tural Hüseynovun Bəxtiyar Əkbərovun ürək nahiyəsinə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanıb.

 

Tural Hüseynov şübhəli şəxs qismində tutulub.

 

İttihama görə, hadisə borc pul üstündə olub.

 

Kamal Məmmədov

Tarix: 13 Dekabr 2022, 17:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin