BURADA REKLAMINIZ OLA
BİLƏR

İnsan alverinə görə tutulan qadınla bağlı QƏRAR

Ali Məhkəmədə insan alverində təqsirləndirilən N.Əlimuradovanın barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın məlumatına görə, hakim Şahin Yusifovun sədrlik etdiyi prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

Qeyd: uzun müddət Türkiyədə yaşayan və bacısının Azərbaycandan göndərdiyi qadınları İstanbulda qarşılayaraq müxtəlif ünvanlarda yerləşdirən, həmçinin Murad adlı şəxslə birgə onları fahişəliyə məcbur edən 1981-ci il təvəlllüdlü N.Əlimuradova barəsində Azərbaycan Cinayət Məcəlləsinin 144-cü (insan alveri) maddəsinin 6 bəndi üzrə cinayət işi açılıb.

 

Məlum olub ki, bacılar Xaçmaz rayonundan ümumilikdə 5 qadını aldadaraq və ya şirnikləndirərək Türkiyəyə aparıb. Onlar arasında yetkinlik yaşına çatmayan Günay (şərti) da olub.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 40 yaşlı N.Əlimuradova 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

N.Əlimuradova əvvəl bacısı da həbs olunub.

 

Kamal Məmmədov

Tarix: 14 Dekabr 2022, 08:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin