BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bakumoz” kitab evinin sahibini avtomobillə vurub öldürən sürücüdən xəbər var

Bakıda avtomobillə 30 yaşlı iş adamını vuraraq öldürməkdə təqsirləndirilən Şamil Eyvazovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Bu il avqustun 28-i saat 23 radələrində paytaxtın Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində qeydə alıb.

 

Belə ki, Şamil Eyvazovun idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Nurəddin Məmmədlini vuraraq hadisə yerini tərk edib. Nəticədə piyada oradaca ölüb. Daha sonra sürücü hadis yerindən qaçıb, avtomobil isə rayon ərazisində tapılıb.

 

Xatırlatma: Qəzada vəfat edən 30 yaşlı N.Məmmədli “Bakumoz” kitab evinin sahibi idi. O, bukinist və dizayner kimi də fəaliyyət göstərib. Kitab evi metronun “28 May” və “Neftçilər” stansiyaları yaxınlığında fəaliyyət göstərir.

 

O, ailəli idi.

 

Kamal Məmmədov

Tarix: 14 Dekabr 2022, 09:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin