BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışını qətlə yetirən şəxsin istintaqı yekunlaşdı

Sumqayıtda qətl törətməkdə təqsirləndirilən Səftər Bünyətovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Fəhmin Hümbətovun icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclası 2023-cü ilin yanvar ayının 12-nə təyin edilib.

 

Qeyd: Bu il avqustun 27-i saat 13 radələrində Sumqayıt şəhəri ərazisində 2000-ci il təvəllüdlü Pərvin Dadaşovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

 

Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 2000-ci il təvəllüdlü Səftər Bünyətovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Pərvin Dadaşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Səftər Bünyətov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 14 Dekabr 2022, 09:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin