BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Xankəndinin paytaxt elan edilməsi bu gün üçün mümkün deyil”

“Real olaraq Xankəndinin paytaxt elan edilməsi bu gün üçün mümkün deyil. Bu, populist bir təklifdir. Xankəndinin paytaxt şəhərlər üçün əsaslandırılması da, yəqin ki, baş tuta bilməz. Hazırda Xankəndi separatçıların yuvasıdır və bu yuvanı dağıtmaq lazımdır. Bundan sonra Xankəndi Azərbaycanın ən sülh dayanıqlı, stabil şəhərlərindən birinə çevriləcək və orada həm də Azərbaycan vətəndaşlığını qəbul edən, separatizmi dəstəkləməyən, cinayətlərdə əli olmayan erməni vətəndaşlarımız da yaşayacaqlar…”

 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

 

“Xankəndi elə bir məkanda yerləşib ki, hazırkı infrastrukturu və s. paytaxt elan olunması üçün əlverişli deyil. Şuşa bizim mədəniyyət paytaxtımızdır, Bakı isə Azərbaycanın paytaxtıdır. Xankəndi Azərbaycanın şəhəridir və ən gözəl şəhərlərdən birinə çevriləcək. İnsanlarımız ora səyahət edəcək, yaşayacaq, zövq alacaqlar”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 14 Dekabr 2022, 11:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin