BURADA REKLAMINIZ OLA
BİLƏR

Telman Qasımov: “Volkova 24 saat vaxt vermişik, gəlməsə...”

“Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkova 24 saat vermişik. Bu, şəxsən mənim təşəbbüsümdür. Çünki atdığı addımlardan görürəm ki, bu adam bizə saymazlıq edir. Deməli, Volkovun qorxacaq bir yeri yoxdur. Onsuz da yoxdur. Belədirsə, biz də aksiyamıza davam edəcəyik, ərazidən çıxmayacağıq, bir çadır belə sökülməyəcək...”

 

Pravda.az xəbər verir ki, bu sözləri Şuşada keçirilən aksiyanın iştirakçısı, hərbi ekspert Telman Qasımov deyib.

 

O bildirib ki, bu gün aksiyaya dəstək üçün iki avtobus Azərbaycan gənci Qarabağa gedib: “Gənclərin hamısını “terrorçu” adlandırırlar, elə məni də. Guya xüsusi xidmət orqanlarının kəşfiyyatçısıyam, terrorçuyam. Əllərindən gələn bütün dezinformasiyanı, ləkələri bizə yaxmaqdan başqa əməlləri yoxdur. Sülhməramlılar lal, kardırlar, heç bir münasibət dəyişməyib. Nə sual veririksə, cavab vermirlər -rəhbərindən tutmuş zabitinə, gizirinə qədər. İki gündür, Ermənistan mətbuatı, siyasi liderləri, bütün ekspertləri, şərhçiləri, televiziyaları manşetlərində mənim şəklimi verirlər, məni separatçı kimi göstərir, terrorçu kimi qələmə verirlər. Keçmişdə hərbçi olmuşam, uzun illərdir, artıq təqaüdə çıxmışam, hal-hazırda mülkidəyəm. Mən hərbi formanı geyinməyi, onunla fotoşəkillər çəkməyi xoşlayıram. 44 günlük müharibədə xalqımın, Ordumun yanında olmuşam, Vətənimə, millətimə, dövlətimə xidmət etmişəm. Ön cəbhədə olmuşam, şəkil də çəkdirmişəm. Sosial şəbəkələrdə paylaşmışam. Bunu əsas götürülər ki, guya mən hazırda xüsusi xidmət orqanlarının işçisiyəm. Bu gün də hərbi forma geyinib gəzirəmsə, o demək deyil. Dünən erməni dilində Paşinyana da müraciət etdim. Dedim ki, ay ağılsızlar, hansısa xüsusi xidmət orqanının əməkdaşı olsam, özümü niyə sosial şəbəkələrdə reklam edirəm? Belə şeyi harda görmüsünüz? Dünyada belə bir şey yoxdur...”

 

Aytəkin Qardaşova

Tarix: 14 Dekabr 2022, 12:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin