BURADA REKLAMINIZ OLA
BİLƏR

Elmar Məmmədyarov: “Qarabağdakı ermənilər rəsmi Bakıya tabe olmalıdırlar, əks halda, nə desəniz, ola bilər...”

“Sülh sazişi imzalanmayana qədər belə hadisələr olacaq. Əlbəttə ki, Azərbaycan suveren torpaqlarında hərəkət edir. Bu, birmənalı qəbul olunmalıdır. Qarabağda yaşayan ermənilər yenə şər-böhtan xarakterli xəbərlər yayırlar ki, guya əziyyət çəkirlər. Bu, düzgün deyil. Azərbaycan tərəfi ermənilərin nə qədər feyk xəbərini şərh etdi. Danışıqlar gedir, Azərbaycanın mövqeyi bəllidir. Qarabağda şirkətlər ekologiya standartlarından kənar, qanunsuz hərəkət edirlər. Rus sülhməramlıları da bunu qəbul etməlidir. İnanırıq ki, məsələ Azərbaycanın xeyrinə nəticələnəcək...”

 

Bu sözləri Pravda.az-a Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

 

O, rus sülhməramlılarının komandanı Andrey Volkovun Şuşada keçirilən aksiya iştirakçılarının qarşısına çıxmamasına da münasibət bildirib: “Volkov aksiyaçıların qarşısına niyə çıxmır, bunu özü cavablandırmalıdır. Geci-tezi var. Gəlməsə, aksiya davam edəcək, bu, birmənalıdır. Gəlib, ya gəlməyəcəyini dəqiq demək olmur. Moskvadan icazə almalıdır, ya necə, bu sualı Volkova vermək lazımdır”.

 

E.Məmmədyarov aksiya nəticəsiz qalacağı təqdirdə anti-terror əməliyyatının mümkünlüyündən də danışıb: “Anti-terror əməliyyatı üçün Laçın dəhlizini nəzarətə götürmək lazımdır. Bu da gec-tez olacaq. Azərbaycan hökuməti dəfələrlə bəyanatlar yayıb ki, ermənilər Laçın yolundan istifadə edərkən Qarabağa silah-sursat gətirirlər. Bu, tamamilə qanunsuzdur. Cənab Prezident İlham Əliyev dəfələrlə deyib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşıdırlar və rəsmi Bakıya tabe olmalıdırlar. Əks halda, nə desəniz, ola bilər. Sülh sazişinin tezliklə bağlanması, delimitasiya və demarkasiya məsələlərinin həlli ilk növbədə Ermənistanın milli maraqlarına uyğundur. Bu, həll olsa, normal şəkildə iki ölkə arasında əlaqələr qurular”.

 

Aytəkin Qardaşova

Tarix: 14 Dekabr 2022, 16:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin