BURADA REKLAMINIZ OLA
BİLƏR

"Özləri də anlayır ki, Azərbaycan heç zaman “ATƏT-in missiyası” kimi təklifləri qəbul etməyəcək"

"Ermənistan hakimiyyəti bəyənmədiyi Kremlə yalvarır ki, “yolun açılmasını təmin edin”. Ermənistan parlamentinin spikeri Alen Simonyan yalvarmaqla yanaşı Moskvanı təhdid də edir. Simonyan deyib ki, ABŞ Dövlət Departamenti və Fransa XİN Azərbaycandan yolun açmasını istəyiblər, növbə Rusiyanındır: “Ümid edirəm ki, müttəfiqimiz bu dəfə bizi məyus etməz”. Yəni demək istəyib ki, Kreml son illər Ermənistanı və erməniləri çox məyus edib, heç olmazsa bu dəfə fərqli hərəkət etsin. Alen Simonyan daha sonra absurd və xəstə xəyallarını səsləndirməyə başlayıb: “Rusiyanın sülh missiyasına alternativ təhlükəsizlik variantları barədə düşünməliyik. ATƏT-in Minsk Qrupunun 12 ölkəsinin missiyasını Dağlıq Qarabağa göndərmək lazımdır”".

 

Pravda.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

Politoloq qeyd edib ki, bu Alen Simonyanın və digər erməni rəsmilərin cəmiyyətlərini sakitləşdirmək məqsədilə səsləndirdikləri açıqlamalardır: "Özləri də anlayır ki, Azərbaycan heç zaman “alternativ missiya”, “yeni təhlükəsizlik tədbirləri” və “ATƏT-in missiyası” kimi təklifləri qəbul etməyəcək".

 

Kənan

Tarix: 14 Dekabr 2022, 17:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin