BURADA REKLAMINIZ OLA
BİLƏR

Beş il əvvəl qadını öldürən şəxsə AĞIR CƏZA

Şəki Ağır Cinayətlər Məhkəməsində Ağsuda 5 il əvvəl qadını qətlə yetirməkdə təqsirləndirilən Asif Manafovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 13 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

 

Qeyd: Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci il yanvar ayının 28-də Ağsu şəhər sakini Ayşən Qəhrəmanovanın naməlum şəxs tərəfindən öldürülməsi ilə əlaqədar Ağsu şəhər sakinləri Bilal Vəliyev, Asif Manafov və atası Arif şübhəli şəxs qismində saxlanılıblar.

 

İstintaqla müəyyən edilib ki, Asif Manafov münaqişə zəminində A.Qəhrəmanovanı şəhər ərazisindəki qəbristanlıqda bıçaqla öldürüb, sonradan atası Arif və B.Vəliyevin köməyi ilə meyiti Kürdəmir rayonunun Kəngərli kəndi ərazisində basdırıblar.

 

Qeyd olunan əraziyə baxış zamanı A.Qəhrəmanovanın cəsədinin qalıqları və geyim əşyaları aşkar edilərək götürülüb.

 

Bilal Vəliyev və Arif Manafovun cinayəti ayrıca icraata ayrılıb.

 

Kamal Məmmədov

Tarix: 15 Dekabr 2022, 08:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin