BURADA REKLAMINIZ OLA
BİLƏR

Tağı Əhmədov: “Yağlanmağa qoymaq olmaz, yağlananda quyruğu qalxır”

“Kim hansı sferada olur olsun, onu çox yağlanmağa qoymaq olmaz. Çünki yağlananda artıq quyruğu qalxır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu "Bakı Metropoliteni" QSC-nin sabiq rəisi, Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Bakuposta.az müsahibəsində deyib.

 

“Bəzilərini ki, yağlayıb ötürmüşük xaricə, bax onların hesabına bu gərginliyi yaradırlar. Bir az pis səslənsə də, yaxşı bir məsəl var, deyir, küçüyün qulağını küçüklükdə kəsmək lazımdır, yekəlib it olandan sonra daha xeyri yoxdur. Artıq onlar yekəlib it olublar, 5-6 manatları var, onu da Azərbaycanda iğtişaş törətmək üçün istifadə edirlər. Ancaq bu, mümkün deyil. Camaat 1992-93-cü ildəki kimi deyil. Azərbaycan xalqı artıq taleyini, müqəddəratını özü həll edə bilir” – YAP funksioneri deyib.

Tarix: 26 Noyabr 2019, 15:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin