BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə piyadanı vurub öldürən Vətən müharibəsi iştirakçısı ilə bağlı qərar verdi

Ali Məhkəmədə piyadanı vurub öldürməkdə təqsirləndirilən Süleyman Cəfərlinin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın məlumatına görə, hakim Tahir Kazımovun sədrlik etdiyi prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

Qeyd: Hadisə ötən ilin yayında paytaxt ərazisində qeydə alınıb.

 

Belə ki, İkinci Qarabağ müharibəsi qazisi, 26 yaşlı Cəfərli Süleyman Yusif oğlu idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobilin idarəetməsini itirərək yolun kənarında dayanan 1998-ci il təvəllüdlü Əlirza Babazadəni vurub. Hadisə nəticəsində ağır xəsarət alan A.Babazadə xəstəxanaya yerləşdirilib. Yaralı aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Süleyman Cəfərlinin cəzası şərti hesab edilib. Bu səbəbdən o, azadlıqda qalıb və ona iki il sınaq müddəti təyin edilib.

 

O, Füzulinin və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib.

 

Kamal Məmmədov

Tarix: 15 Dekabr 2022, 08:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin