BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlətə xəyanət etməkdə təqsirləndirilən daha 2 azərbaycanlı məhkəmə qarşısına çıxarılır

Dövlətə xəyanət etməkdə təqsirləndirilən Paşayev Hacı Famil oğlu və Məmmədov Emil Ramiz oğlunun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan işlər baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

H.Paşayevin cinayət işi hakim Telman Hüseynovun və E.Məmmədovun cinayət işi hakim Siyavuş Hacıyevin icraatlarına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclaslarının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Onların barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ittiham elan olunub.

 

Kamal Məmmədov

Tarix: 15 Dekabr 2022, 09:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin