BURADA REKLAMINIZ OLA
BİLƏR

İki nəfərin kanalda boğulmasına səbəb olan sürücünün istintaqı yekunlaşdı

Sabirabadda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Rasim Penciyevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Nizami Quliyevin icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Bu il mayın 25-də Rasim Penciyev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Şirvan şəhərindən Bala Həşimxanlı kəndinə qayıdarkən Əliləmbəyli kəndi ərazisində qəzaya düşüb. Şirvanda yeyib-içən dostlar avtomobillə hərəkətdə olarkən körpünün yaxınlığında qəzaya uğrayıblar. Nəticədə yoldan çıxaraq kanala aşan maşındakı sərnişinlə - 1991-ci il təvəllüdlü Namiq Pencizadə və 1988-ci ildə anadan olmuş Vüsal Yaqubov suda boğularaq ölüb. Sürücü isə sınan şüşədən çıxaraq xilas olmağı bacarıb.

 

N.Pencizadə evli və 2 azyaşlı uşaq atası, V.Yaqubov isə subay olub.

 

Faktla bağlı cinayət işi başlanılıb. Sürücü Rasim Penciyev saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 15 Dekabr 2022, 09:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin