BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə toyda gənci öldürən şəxslə bağlı qərar çıxardı

Ali Məhkəmədə Daşkəsən rayonunda qətl törətməkdə təqsirləndirilən Şakir Tağıyevin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın məlumatına görə, hakim Ələsgər Novruzovun sədrlik etdiyi prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

Qeyd: Hadisə 2021-ci il iyulun 25-də Daşkəsən şəhərində keçirilən toy mərasimində qeydə alınıb.

 

Belə ki, 1997-ci il təvəllüdlü Ş.Tağıyev həmyerlisi, 1998-ci il təvəllüdlü Eldəniz Mustafa oğlu Namazovu ürəyindən bıçaqlayaraq qətlə yetirib.

 

Daha sonra Ş.Tağıyev Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

 

İstintaq dövründə onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 15 Dekabr 2022, 11:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin