BURADA REKLAMINIZ OLA
BİLƏR

Aqil Rəhimov: “Yola, nişanlara və üstünlüyü olan maşınlara tərəf baxmırlar və elə bilirlər ki...”

“Yollarda ən geniş yayılmış sindromlardan biri “Dəvəquşu” sindromudur. Eşitməmiş olmazsınız, dəvəquşu qorxusu olan kimi başını torpaqa gizlədir və bədəni bayırda qalmasına baxmayaraq elə bilir ki, təhlükə sovuşub. Bəzi sürücülər və piyadalar da elə! Yola, nişanlara və üstünlüyü olan maşınlara tərəf baxmırlar və elə bilirlər ki, problem tərəfə baxmayanda hadisə olmayacaq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Aqil Rəhimov bildirib.

 

A.Rəhimov qeyd edib ki, piyadalar onlar üçün nəzərdə tutulmayan yerdən yolu keçəndə bir an sonra onları basa biləcək avtomobillərə tərəf baxmırlar:  “Elə bilirlər ki, sağ qalacaqlar. “Stop” nişanı tərəfdən gələn “sürücülər” baş yol tərəfdən gələn avtomobillərə baxmırlar, elə bilirlər ki, onlara mütləq yol verəcəklər. Nəticədə qırıla-qırıla ölüm statistikasını birə-beş artırırlar. Bu işlərin axırı necə olacaq, Vallah, deməyə də  çətinlik çəkirəm...”

 

Kənan

Tarix: 15 Dekabr 2022, 12:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin