BURADA REKLAMINIZ OLA
BİLƏR

Siyavuş Novruzov Əkrəm İmamoğlu ilə bağlı həbs qərarından danışdı: “Hüquqi dövlətin atdığı addımdır…”

Milli Məclisin deputatı Siyavuş Novruzov İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində çıxarılan həbs cəzasının anti-demokratik addım kimi qiymətləndirilməsinə və buna görə Prezident Rəcəb Tayyip Ərdoğanın tənqid edilməsinə münasibət bildirib.

 

S.Novruzov Pravda.az-a açıqlamasında deyib ki, Türkiyə hüquqi dövlətdir.

 

“Türkiyə respublika olanda dünyada çox az respublika var idi. Türkiyədə hər bir addım qanunvericiliyə, qanunun aliliyinə uyğun atılır. Əkrəm İmamoğlunun həbsi Türkiyə dövlətinin daxilində baş verən prosesdir. Bu, hüquqi bir dövlətin atdığı addımdır və yalnız qanunla tənzimlənir.  Qardaş xalq, dövlət olsaq da, başqa dövlətlərin daxili işlərinə qarışmırıq…”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 15 Dekabr 2022, 14:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin