BURADA REKLAMINIZ OLA
BİLƏR

Bəxtiyar Hacıyevlə bağlı qərar verildi

İctimai fəal Bəxtiyar Hacıyev barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə bu gün baxılıb.

 

Pravda.az xəbər verir ki, vəkil Aqil Layıc verdiyi məlumata görə, B.Hacıyev həbs qərarı qüvvədə qalıb.

 

 Şikayətə hakim Zəki Babayevin sədrliyi ilə baxılıb.

 

Qeyd: B.Hacıyev Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi başlanılıb.

 

Xətai Rayon Məhkəməsində B.Hacıyevin barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. O, bu hökmdən narazı qalıb və apellyasiya şikayəti verib.

 

Kənan

Tarix: 15 Dekabr 2022, 17:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin