BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəhid atası vəfat etdi

Vətən müharibəsi şəhidi Sahib Musayevin atası Musa Musayev vəfat edib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə jurnalist İlkin Piranov məlumat yayıb.

 

Qeyd: Sahib Musayev 1984-cü il iyulun 21-də Qax rayonunun Şotavar kəndində anadan olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) giziri olan S.Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Musayev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahib Musayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahib Musayev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahib Musayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahib Musayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.

Tarix: 15 Dekabr 2022, 18:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin