BURADA REKLAMINIZ OLA
BİLƏR

Bəxtiyar Hacıyev aclıq aksiyasına başladı, 6 vəkil müdafiəsinə qoşuldu

Barəsində həbs qətimkan tədbiri seçilən ictimai fəal Bəxtiyar Hacıyev aclıq aksiyasına başlayıb.

 

Pravda.az-ın xəbərinə görə, B.Hacıyevin müdafiəsinə vəkil Aqil Layıcdan başqa, 6 vəkil qoşulub. Bunlar Fəxrəddin Mehdiyev, Nemət Kərimli, Zibeydə Sadıqova, Cavad Cavadov, Bəxtiyar Hacıyev, Elçin Sadıqovdur.

 

Qeyd: Bu gün Bakı Apellyasiya Məhkəməsində B.Hacıyev barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından verilmiş şikayətə baxılıb. Məhkəmə şikayəti rədd edib.

 

Xatırlatma: B.Hacıyev barəsində Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 289 (məhkəməyə hörmətsizlik etmə) maddələri cinayət işi başlanıb. Məhkəmə qərarı ilə onun barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Kənan

Tarix: 15 Dekabr 2022, 18:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin