BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərsu” ASC: Gəncənin Kəpəz rayonunda şəhid bulağının açılışı zamanı su kəsintisi olmayıb - VİDEO

“Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Gəncənin Kəpəz rayonunda şəhid Rəşad Ələkbərovun xatirəsinə inşa edilən bulağın açılışı zamanı suyun kəsilməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.

 

A.Cəbrayıllı Pravda.az-a açıqlamasında bildirib ki, Gəncədə Vətən müharibəsində şəhid olmuş 10 şəhidin xatirəsinə ucaldılmış bulaq var, hamısı su ilə təmin edilib.

 

Onun sözlərinə görə, bulaqlara suyun verilişi ilə bağlı heç bir problem yoxdur: “Şəhid Rəşad Ələkbərovun xatirəsinə inşa edilən bulağın açılışı zamanı su kəsintisi olmayıb”.

 

“Azərsu” rəsmisi qeyd edib ki, Gəncədə şəhid bulaqlarının heç birində sayğac yoxdur.

 

Tarix: 17 Sentyabr 2021, 18:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin