BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Qoşqar Təhməzli mənimlə əlaqə saxladı, dedim ki...”

“Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli mənimlə əlaqə saxladı. Faktı bir daha onun diqqətinə çatdırdım. Hüquqşünasam, fakt olmazsa, bir kəlmə də demərəm”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli bildirib.

 

T.Kərimli qeyd edib ki, məlum hadisə 2021-ci ilin noyabrında baş verib: “Yasamal rayonunda, “Albalı” uşaq bağçasının yaxınlığında “Niva” markalı avtomobildə göyərti satan şəxs 1400 manat məbləğində cərimələnib. Bu şəxslər özlərini Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları kimi təqdim ediblər. Cərimə etməmələri üçün xahiş edilsə də, mümkün olmayıb. Şəxsin adını da demişəm. Qida Təhlükəsizliyi Agentliyi niyə belə məlumat yayıb, bilmirəm...”

 

Nəzrin Cavid

Tarix: 16 Fevral 2022, 20:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin