BURADA REKLAMINIZ OLA
BİLƏR

Nərimanov RİH kompensasiyanın məbləğindən narazı olan sakinlərə cavab verdi

Nərimanov Rayon İcra Hakimiyyəti rayonun Mayakovski 15 ünvanında yerləşən bina sakinlərinin onlara təklif edilən kompensasiyanın məbləğindən narazı olmaları ilə bağlı məsələyə münasibət bildirib.

 

RİH-dən Pravda.az-a verilən açıqlamada deyilib ki, Nərimanov rayonu, Mayakovski küçəsi 15 ünvanında yerləşən yataqxana tipli yaşayış binası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlukəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun müvafiq aktına əsasən qəzalı vəziyyətdədir.

 

“Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən, sözügedən yaşayış binasının sakinlərinin müəyyən olunmuş məbləğdə birdəfəlik maddi yardım verilməklə köçürülməsi nəzərdə tutulub”, - açıqlamada qeyd olunub.

 

Aytəkin Qardaşova

Tarix: 7 Fevral 2023, 13:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin