BURADA REKLAMINIZ OLA
BİLƏR

Masallı RİH: Paylaşılan şəkildəki piyada zolağı şərti olaraq rənglənib - FOTO

Masallı Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə müzakirələrə səbəb olan piyada zolağı ilə bağlı məsələyə aydınlıq gətirib.

 

Pravda.az-a daxil olan məlumatda bildirilib ki, rayonun Mollaoba kənd B.Şiriyev adına kənd tam orta məktəbinin önündən keçən yolda və yol kənarında təmir işləri aparılmaqdadır. Şəkildə görünən piyada zolağı şərti olaraq rənglənib. Təmir işləri çərçivəsində səkinin yeni tamet daşlarla döşənməsi, bardurların qoyulması və yekun olaraq yolda xətlənmə işlərinin aparılması nəzərdə tutulub.

 

Qeyd: Həmin foto RİH-in sosial şəbəkə səhifəsindən silinib.

 

Kənan

Fotoları təqdim edirik
Tarix: 21 Fevral 2023, 08:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin