BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azəralüminium”a yazılan cərimə protokoluna bu tarixdə baxılacaq

Dövlət Gömrük Komitəsinin “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib etdiyi cərimə protokoluna baxılacaq vaxt açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, baxış iclası Gəncə Şəhər Məhkəməsinin hakimi Orxan Cəfərlinin sədrliyi ilə avqustun 11-də keçiriləcək.

 

Kamal Məmmədov

Tarix: 4 Avqust 2023, 08:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin