BURADA REKLAMINIZ OLA
BİLƏR

“Hyundai” avtomobillərinin Azərbaycandakı rəsmi distribütoruna növbəti dəfə protokol yazıldı

Gömrük Komitəsi “Hyundai” avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru olan "Auto Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində növbəti dəfə inzibati protokol tərtib edib.

 

Pravda.az-ın xəbərinə görə, Komitə şirkətlə bağlı protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən yazıb.

 

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə Əlisoyun sədrliyi ilə araşdırılacaq.

 

Xəyal Quliyev

Tarix: 22 Avqust 2023, 11:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin