BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərişıq” Xalq artistinə söz verdi: “Həll edəcəyik...”

Xalq artisti Naibə Allahverdiyevanın Xaçmaz rayonunun Turist qəsəbəsində yerləşən evinin həyətindən keçən elektrik məftillərinin yararsız olması səbəbindən yaranan  təhlükəli vəziyyət aradan qaldırılıb.

 

Bu barədə Pravda.az-a Naibə Allahverdiya özü məlumat verib.

 

O bildirib ki, “Azərişıq” ASC-nin əməkdaşları bu gün həyətdəki istismar müddəti bitən elektrik dirəyini dəyişiblər: “Hələlik, təhlükəni aradan qaldırdılar. Xudat Elektrik Şəbəkəsinin rəisi Müzəffər Hacıyev gəldi. Məsuliyyətlə məsələyə yanaşdı. Gənc kadrdır. Sağ olsun, işgüzar insandır. Müzəffər Hacıyevə və digər əməkdaşlara təşəkkür edirik. M.Hacıyev şəxsən özü söz verdi ki, Turist qəsəbəsində bu yaxınlarda layihə həyata keçirəcəklər, ümumi işıq sistemini də dəyişəcəklər. Gözləyirik, yəqin ki, tez zamanda bizi sevindirəcəklər”.

 

Aytəkin Qardaşova

Tarix: 13 Noyabr 2023, 15:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin