BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərişıq" Naibə Allahverdiyevanın evində elektrik enerjisi təchizatının dayanmasının səbəbini açıqladı - YENİLƏNDİ

“Azərişıq” ASC-dən Pravda.az-a bildirilib ki, abonent Naibə Allahverdiyevanın müraciəti əsasında onun yaşadığı evə baxış keçirilib.


Araşdırlama zamanı məlum olub ki, həmin evdə elektrik enerjisi təchizatının dayanmasına səbəb elektrik sayğacından evə gələn elektrik kabelində qırılmaların olmasıdır. Problemlə bağlı abonentə məlumat verilib. Həmin kabelin təmiri və bərpası “Azərişığ”ın məsuliyyət sahəsinə daxil olmasa da abonentin elektrik enerjisi təchizatını təmin etmək üçün qurum əməkdaşları zədəli xətti təmir edərək elektrik enerjisi verilişini bərpa ediblər.


Qeyd edək ki, hazırda həmin abonent də daxil olmaqla ərazidə heç bir istehlakçının elektrik enejisi təchizatında problem yoxdur.


Xatırladaq ki, elektrik enerjisi təchizatı ilə bağlı mövcud qaydalara görə, “Azərişıq” yalnız ümumi xətdən sayğaca qədər olan hissədə elektrik enerjisi təchizatına cavabdehdir, sayğacdan mənzil və ya evlərə qədər olan hissə isə abonentin öz məsuliyyət sahəsinə daxildir.

 

***

 

16:03

 

Xalq artisti Naibə Allahverdiyeva Xaçmaz rayonun Turist qəsəbəsində işıqların sönməsi, elektrik məftillərinin təhlükəli vəziyyət yaratması ilə bağlı məsələnin hələ də həll edilmədiyini bildirib.

 

Pravda.az-a növbəti dəfə müraciət edən N.Allahverdiyeva bildirib ki, saytımızda dərc olunan şikayətindən sonra "Azərişıq" ASC-nin əməkdaşları əraziyə gəliblər: "Məsələ həll olunmadı. Ərazi üzrə İşıq İdarəsinin də müdiri gəlib. Deyir ki, imkanımız yoxdur, kabelləri yeniləyə bilmirik. Özləri də etiraf edirlər ki, sabah yanğın olsa, biz əraziyə girə bilməyəcəyik. Dirəyin yerini dəyişirlər, aparıb kənara qoyurlar. Amma eyni problemli vəziyyət yenə də qalır..."

 

Aytəkin Qardaşova

Tarix: 11 Noyabr 2023, 18:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin