"Tam Store" MMC qeyri-qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha satıb.
Pravda.az xəbər verir ki, bu barədə Plat.az-a Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib.
"Tam Store" MMC qeyri-qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha satıb.
Pravda.az xəbər verir ki, bu barədə Plat.az-a Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib.
Nəticədə Agentlik "Tam Store" barəsində İnzibati Xətalar Məcəlləsinin malın hesabına dair istehlakçıların az miqdarda aldadılması maddəsi üzrə protokol tərtib edib.
Qeyd edək ki, artıq bu il ərzində beşinci dəfədir ki, Agentlik "Tam Store" ilə bağlı eyni maddə üzrə inzibati xəta haqqında protokol tərtib edir.
Xatırladaq ki, “Tam Store” MMC “Avrora Group”a daxildir. Şirkət 2023-cü ildə yaradılıb və “Tam Store” adı ilə ölkədə marketlər şəbəkəsi kimi fəaliyyət göstərir. "Tam Store"un nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə, Ceyhun Yusubovdur. "Avrora Group"un isə, prezidenti Ceyhun Abbasovdur.