Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Sosial

“Kontakt Home”un “Qara cümə” təklifi adi günlərdən bahadır - Müştəri şikayəti

Paylaş:
“Kontakt Home”un “Qara cümə” təklifi adi günlərdən bahadır - Müştəri şikayəti
Bizi Google News-da izləyin

“Kontakt Home” mağazalar şəbəkəsinin “Qara cümə” kampaniyası çərçivəsində təqdim etdiyi endirimlər müştərilərin narazılığına səbəb olub.

Sosial şəbəkədə yayılan şikayətdə mağazalar şəbəkəsinin bəzi məhsulları əvvəlki qiymətlərdən daha baha təklif etdiyi iddia olunur.

Belə ki, “Facebook” sosial şəbəkəsindəki paylaşım edən istifadəçi “Toshiba” markalı mikrodalğalı sobanın bir ay əvvəl daha ucuz qiymətə satıldığını, hazırda isə endirim adı altında 149 manata təklif edildiyini bildirib.

Paylaşılan ekran görüntüsündən məlum olur ki, oktyabrın 17-də sözügedən məhsulun satış qiyməti 134,99 manat olub. Müştərinin iddia etdiyi hazırkı qiymətlə müqayisədə məhsul 14,01 manat və ya 10,4% bahalaşıb.

Paylaşımın şərh bölməsində digər istifadəçilər də mağazalar şəbəkəsinin endirim siyasətindən narazılıqlarını ifadə ediblər.

Qeyd edək ki, “Kontakt Home” noyabrın 13-29-da “İlin ən böyük endirimi” şüarı altında 70%-dək endirim kampaniyası keçirir.

Şirkətin səsləndirilən fikirlərə sosial media üzərindən hər hansı reaksiya verməyib.

Plat.az

Paylaş:

Ən son xəbərlər