İranda davam edən müharibə vəziyyəti dövlətin iqtisadiyyatına ciddi ziyan vurub. İran Elektrik Enerjisinin İstehsalı və Ötürülməsi Şirkəti xəbərdarlıq edib ki, mövcud vəziyyət davam edərsə, elektrik enerjisi istehlakına məhdudiyyətlər qoymaq məcburiyyətində qalınacaq. Eyni zamanda subsidiyalı çörək satışına da məhdudiyyətlər qoyulub.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən İqtisadçı Xalid Kərimli isə bildirib ki, İranda ciddi iqtisadi çətinliklər var.

Onun sözlərinə görə, bu, fevral ayından başlayan müharibənin və daha sonra davam edən sanksiyaların təsiri nəticəsindədir: “Mövcud vəziyyət nəticəsində ölkə iqtisadiyyatına ciddi ziyan vurulub. Bu da məhsul çatışmazlığı, defisitinə gətirib çıxarır. İran çətin rejimdə yaşamağı öyrənən bir dövlətdir. Müharibənin iqtisadiyyata çox ciddi ziyanları olub. Həm inflyasiya artıb, valyuta məzənnəsinə kəskin ziyan vurub, enerji krizisi var, məhsul çatışmazlığı mövcuddur. Bu da istehsalına təsir göstərib”.