Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Sosial

Diabet xəstələrinin nəzərinə: Həkim qəbulu ilə bağlı YENİ QAYDA

Paylaş:
Diabet xəstələrinin nəzərinə: Həkim qəbulu ilə bağlı YENİ QAYDA
Bizi Google News-da izləyin

Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər endokrinoloq tərəfindən 3 ayda 1 dəfə konsutasiya ediləcək.

Bu, Nazirlər Kabineti tərəfindən “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı”na edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, Şəkərli diabet tip 1 və Şəkərli diabet tip 2 insulinə ehtiyacı olmayanlar endoklrinoloq qəbulunda 3 ayda 1 dəfə, Şəkərli diabet tip 2 insulinə ehtiyacı olnlar isə ayda 1 dəfə endokrinoloq qəbulunda olacaq.

 İndiyə qədər Şəkərli diabet tip 1 ayda 1 dəfə, Şəkərli diabet tip 2 insulinə ehtiyacı olmayanlar 2 ayda bir dəfə qəbulda olurdu.

Paylaş:

Ən son xəbərlər