Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Pulun hansı valyutada saxlanılması daha sərfəlidir? - AÇIQLAMA

Paylaş:
Pulun hansı valyutada saxlanılması daha sərfəlidir? - AÇIQLAMA
Bizi Google News-da izləyin

Dolların məzənnəsində müəyyən hallarda müşahidə olunan bahalaşma və ucuzlaşma insanların yığımlarını hansı valyutada saxlaması ilə bağlı sualları gündəmə gətirir.

Bəs pulu manatla saxlamaq daha sərfəlidir, yoxsa dollarla?

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən tanınmış iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, dolların ucuzlaşma məsələsi nisbidir.

Eldəniz Əmirov: “Manatın məzənnəsi üçün hər hansı təhdid yoxdur”

Onun sözlərinə görə, dollar ucuzlaşmasını düşünmək strateji baxımdan doğru yanaşma deyil: “Azərbaycanda isə ümumiyyətlə konkret olaraq dollar ucuzlaşmır. Məzənnə Mərkəzi Bank tərəfindən təyin edilir və uzun müddətdir statistik olaraq qalıb. Yəni ölkədə makroiqtisadi tarazlığı qorumaq üçün dövlət milli valyutanın məzənnə stabilliyini təmin edir. Düşünürəm ki, qarşıdakı dönəmlərdə də bu belə hələ bir neçə il davam edəcək. Çünki bununla bağlı Mərkəzi Bank rəhbərliyi tərəfindən və son bir neçə ay öncə isə cənab Prezident tərəfindən bununla bağlı fikirlər səsləndirildi. Bu da artıq ən yuxarı, siyasi səviyyədə belə manatın məzənnə stabilliyi dəstəklənir. Bu da təbii ki, manatın dayanıqlılığını təmin edir. Bu təminat üçün də yetəri qədər ölkənin valyuta, strateji ehtiyatları var. Mərkəzi Bankın özünün ehtiyatları var”.

Ekspert qeyd edib ki, dollara olan tələbin getdikcə aşağı düşməsi manata olan təzyiqi azaldır: “Manata olan təzyiq azalırsa, deməli, manatın ucuzlaşma riski də azalır. Buna görə də hazırkı vəziyyətdə dolların ucuzlaşması, bahalaşması və ya manatla bağlı fərqliliklər iki valyuta arasında olan qarşılıqlı münasibətdə müzakirə edilməməlidir. 10 ilə yaxındır iki valyuta arasında olan məzənnə stabil qalır, qarşıdakı bir neçə il də böyük ehtimal qalacaq. “Pulunu dollar kimi saxlayanlar manata çevirməlidirlərmi?” sualına gəldikdə isə bu, investisiya tövsiyəsidir. Bu kimi investisiya tövsiyələrinin publik olaraq ifadə edilməsi doğru yanaşma deyil”.

Şəhanə Qədirli

Paylaş:

Ən son xəbərlər