Evin hər zaman səliqəli və təmiz görünməsi üçün saatlarla təmizlik etməyə ehtiyac yoxdur. Bunun üçün gündəlik kiçik vərdişlər formalaşdırmaq kifayətdir.
Pravda.az evi daim təmiz və səliqəli olan insanların 5 vərdişini təqdim edir:
Təmizliklə səliqənin fərqini bilirlər
Evin təmiz olması ilə səliqəli olması eyni şey deyil. Döşəmələr silinsə, xalçalar tozsoranla təmizlənsə belə, ortalıqda paltarlar, oyuncaqlar və kitablar varsa, ev dağınıq görünəcək. Buna görə də əşyaları yerinə qoymaq vacibdir.
Səliqə-sahmanı gündəlik vərdişə çevirirlər
Belə insanlar evin həddindən artıq dağılmasını gözləmirlər. İstifadə etdikləri yorğanı qatlayır, uşaqların oyuncaqlarını oyun bitdikdən sonra yığışdırır, paltarlarını asır və yuyulmuş geyimləri vaxtında qurumağa sərirlər.