Tibb elmləri namizədi Rəşid Mahmudov qidalanma vərdişləri və uzunömürlülüklə bağlı açıqlaması ilə diqqət çəkib.
O, gündəlik qida rasionundan danışaraq 37 ildir çörək yemədiyini bildirib. Mahmudovun sözlərinə görə, sulu yeməklərdən də yalnız çox az miqdarda istifadə edir. Şirniyyatdan isə uzaq durmağa çalışır.
O, çay içərkən yanında həmişə kiçik bir konfet saxladığını da qeyd edib. Rəşid Mahmudov bu vərdişinin şəkər göstəricilərinin normada qalmasına kömək etdiyini düşündüyünü bildirib.
89 yaşına qədəm qoymağa hazırlaşan mütəxəssis qidalanma ilə bağlı şəxsi təcrübəsini bölüşərək uzun illərdir bu qaydalara əməl etdiyini vurğulayıb./milli.az