Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Dünya

Paşinyan bir sıra media nümayəndələrini məhkəməyə verib

Paylaş:
Paşinyan bir sıra media nümayəndələrini məhkəməyə verib
Bizi Google News-da izləyin

Ermənistanın Baş naziri Nikol Paşinyan "Yerevan.Today" saytını, saytın baş redaktoru Sevak Akopyanı və "Ayeli" mətbuat klubunu məhkəməyə verib.

Bu məlumat "Datalex" məhkəmə-hüquq informasiya saytında dərc olunub.

Paşinyan "Media Plyus" MMC-dən ("Yerevan.Today"in sahibi) və Akopyandan "yüksək səviyyəli talançılıq" və "yüksək dərəcəli korrupsiya" ilə bağlı iddiaların təkzib edilməsini tələb edir. Baş nazir bu iddiaları yayan "Ayeli" mətbuat klubundan da təkzib tələb edir.

Bundan başqa, iddiada cavabdehlərdən dəymiş mənəvi zərərə görə 4 milyon dram (11 min dollar) pul kompensasiyasının tutulması tələbi də yer alır./report

Paylaş:

Ən son xəbərlər