Aparıcı Hacı Nuran Hüseynovun səhhətində problem yaranıb.
Hacı Nuranın səhhəti pisləşib, əməliyyat olunacaq
Axşam.az-ın əldə etdiyi məlumata görə, aparıcı bir neçə aydır Almaniyada müalicə alır.
Hacı Nuranın ayaq sümüyündə problem yaranıb. Bu səbəbdən yeriməkdə çətinlik çəkən aparıcı yaxın günlərdə əməliyyat olunacaq.