Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb.
Nazirlikdən Pravda.az –a bildirilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından oktyabrın 21-dək dəfn edilən 2908 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 6 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.