Vətən müharibəsində dövlətimizin ərazi bütövlüyünün təmin olunmasından, o cümlədən Ermənistanla dövlət sərhədinin işğaldan azad edilməsindən sonra bu ərazilərdə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması işləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Pravda.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində sərhədboyu ərazilərdə şəxsi heyətin və hərbi nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi üzrə mühəndis-istehkam bölmələri tərəfindən mina və partlamamış döyüş sursatların axtarışı, aşkarlanması və zərərsizləşdirilməsi fəaliyyətləri xüsusi əhəmiyyət kəsb edir.