"Dövlət orqanlarına qarşı "Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia vermək, bir qayda olaraq, mümkün deyil. Çünki sistemdə orqanın VÖEN-ini göstərmək lazımdır. Amma onların mütləq əksəriyyəti VÖEN-ni heç yerdə açıqlamır".
Pravda.az-ın xəbərinə görə, bunu tanınmış vəkil Əkrəm Həsənov bildirib.
Ə.Həsənov qeyd edib ki, orqanların VÖEN-i məxfidir, məmurların maaşı məxfidir: "Bunlar kimə işləyir bəs? Xalqa işləmirlər? Məhkəməyə də verə bilmirik onları sivil qaydada. Sonra da Ədliyyə nazirliyi lovğalanır ki, "Elektron məhkəmə" yaratmışam. Nə olsun ki? Normal istifadə edə bilirikmi?.."
Əkrəm Həsənov: "Bunlar kimə işləyir?"