BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya Azərbaycan-Ermənistan danışıqlarında irəliləyişi müsbət qarşılayır - Zaxarova

Rusiya Azərbaycan-Ermənistan danışıqlarında irəliləyişi müsbət qarşılayır.

 

Bunu Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova həftəlik brifinqdə iki ölkənin XİN başçısının bu yaxında Vaşinqtonda keçirilən görüşündən danışarkən deyib.

 

"Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlanması üzrə danışıqlarda əldə olunmuş irəliləyişi, həmçinin bu istiqamətdəki bütün müsbət addımları müsbət qarşılayırıq", - o deyib.

 

Zaxarova Rusiya tərəfinin tərəflərin yaxınlaşması üzrə səyləri davam etdirəcəyini qeyd edib.

 

"Yaxın gələcək üçün planlar arasında xüsusən Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin regiona səfəri yer tutur", - o deyib.

 

Qeyd edək ki, iyunun 27-dən 29-dək ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundu keçirilib./Trend

Tarix: 6 İyul 2023, 15:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin